Bakıda Türkyənin Azərbaycandakı səfirliyinin təşəbbüsüilə "Türkiyə Caz Festivalı" nın açılışı mərasimi olub. SİA-nın məlumatına görə, oktyabrın 10-16 tarixləri arasında keçiriləcək festivalın ilk günündə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun da iştirak edib.
Açılışda ilk olaraq festivalın təşkilatçısı Türkiyənin məşhur ifaçısı Oya Ergün çıxış edib: "Mən cazı çox sevirəm. Azərbaycanda "Türkiyə Caz" festivalını keçirməkdə bizə dəstək olan, Türkiyənin Azərbaycandakı səfirliyinə, özəlliklə Alper Coşkuna öz təşəkkürlərimi bildirəm".
Səfir Alper Çoşkunda öz növbəsində çıxış edərək Azərbaycanda belə bir festivalın keçirildiyi üçün məmnun olduğunu qeyd edib: "Azərbaycanla Türkiyə arasında tarixi qardaşlıq əlaqələrimizin hər sahədə sürətlə inkişaf etməkdədir. Biz sənət və mədəniyyəti birləşdirməyə və hər iki sahəni canlı tutmağa böyük önəm veririk. Bu dəfə də Türkiyə caz ustadlarını Bakıdakı musiqisevərlərlə görüşdürmək istədik. Azərbaycanda caz musiqisinin təbliği, inkişafı baxımından çox işlər görülüb. İncəsənət sahəsində caz da daxil olmaqla musiqisi dünyada hörmətlə tanınan Azərbaycanda bu festival təşkil etmək bizim üçün böyük bir qürurdur. Biz "Türkiyə Caz" festivalına, Türkiyədən ən dəyərli caz ustalarını dəvət etdik. Ümid edirik ki, azərbaycanlı qardaşlarımızın xoşuna gələcək".
Daha sonra Türkiyənin məşhur caz ifaçısı Bora Çeliker səhnəyə çıxıb. B.ÇelikermBakı musiqsevərləri üçün bir-birdən dəyərli caz musiqilərini ifa edib. Caz ifaçısı Azərbaycanda keçiriləcək bu möhtəşəm festivalda iştirak etməsindən məmnun olduğunu söyləyib.
Nəzərinizə çatdıraq ki, oktyabr aynın 10-16 qədər davam edəcək "Türkiyə Caz" festivalı çərçivəsində Türkiyədən bir çox tanınmış caz ustaları Azərbaycana gələcək. Onların sırasında Senem Diyici, Hijazz qrupu, Şenay Lamdaoğlu, Evrim Demirel Ensemble və başqaları var.
Qeyd edək ki, festivalın son günü, yəni oktyabrın 16-da Azərbaycanda fəaliyyət göstərən türk ifaçısı Oya Ergünün konserti olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB