Müğənni Miri Yusif "Yarım dünya" adlı mahnısına çəkdirdiyi klipini təqdim edib. SİA-nın verdiyi xəbərə görə, sənətçi sözləri özünə aid olan bəstəyə çəkilən ekran işini bu günlərdə dünyasını dəyişən yaxın dostu, prodüser Vüqar Abdulrəhmanovun xatirəsinə ithaf edib.
Qeyd edək ki, mahnının musiqisi Miri Yusif və Anar İsayevə məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB