Eltonun başına gələnlərə Tolik cavab verdi

Eltonun başına gələnlərə Tolik cavab verdi

Müğənni Elton Hüseynəliyev qəza törədib. Bu haqda SİA-ya açıqlama verən sənətçinin prodüseri Tolik hazırda Eltonun yaxşı olduğunu deyib: "Bayaqdan telefonlarımız susmur. Xəbəri eşidən hər kəs Eltonla maraqlanır. Ancaq narahat olmasınlar ifaçı yaxşıdır. Barmağı belə qanamayıb. Səhhətində də hər şey normaldır. Sadəcə avtomobilinə ziyan dəyib".

Qeyd edək ki, Elton Hüseynəliyev Nəsimi rayon ərazisində maşını döndərərkən əməliyyatı düzgün yerinə yetirə bilməyib və maşınını səkiyə çırpıb. Nəticədə "BMW" markalı 90 EL 100 dövlət nömrə nişanlı avtomobilin qabaq hissəsi yararsız hala düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə