Elza indi də şeir yazmaq eşqinə düşdü

Elza indi də şeir yazmaq eşqinə düşdü

Əməkdar artist Elza Seyidcahanın növbəti bacarığı üzə çıxıb. SİA-nın verdiyi xəbərə görə, bəstəkarlıq və müğənnilik sənətindən başqa şeir yazmağa başlayıb. Elza Seyidcahanın "Ayrıla bilməzlər daha" şeirinin bir qismini təqdim edirik:

Həmin şeirdən bir bəndi təqdim edirik:

Gecələrimi əlimdən almısan, bilirsən?

Gündüzünü, gündüzümə qatmısan, bilmirsən?

Gözlərini, gözlərimə sancmısan

Ürəyimi lap könlümə salmısan

Əllərini sıx boynuma sarmısan

Ruhunu ruhuma dolaşdırmısan

Ayrıla bilməzlər daha...

Qeyd edək ki, sənətçi bu şeirə mahnı bəstələyib, Elton Hüseynəliyevlə duet oxuyacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə