Müğənni Nadir Qafarzadə "Axşamlar" adlı yeni mahnısını təqdim edib. Bu haqda SİA-ya danışan sənətçi bəstənin seviləcəyinə əmindir: "Daima yeniliklərlə sevənlərimin qarşısına çıxıram. Kiminsə bostanına daş atıb, gündəmdə qalanlardan deyiləm. Mahnılarımla sözümü deyirəm. Bəlkə də bu sözlərim kiminsə xoşuna gəlməyə bilər, amma reallıqdır. İndi də yeni "Axşamlar" adlı bəstəmi lentə aldırmışam. Bu mahnım da söz-söhbətlərə səbəb olacaq. Amma müzakirələr normaldır. Deməli, mən iş görürəm. Mahnılarım yadda qalır".
Qeyd edək ki, "Axşamlar" mahnısının sözləri Altay Yaşara, musiqisi və aranjimanı Fərid Kərimliyə məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB