Rəqsanə yenidən Türkiyəyə getdi

Müğənni Rəqsanə İsmayılova yenidən vətəni tərk edir. Bu haqda SİA-ya ifaçının özü danışıb: "İstanbula gedirəm. Balaca qızım Yağmuru özümlə apara bilməyəcəm, çünki məktəbə gedir. Bildiyiniz kimi Aysun işləri ilə əlaqədar olaraq Türkiyədədir. Onun yanına gedirəm. Onu da deyim ki, qardaş ölkədə yenidən klip çəkdirmək fikrim var. Eyni zamanda duet də ərsəyə gətirmək istəyirəm. Tezliklə vətənə qayıdıb, yeni işlərimi sevənlərimə təqdim edəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə