Ötən il dünyanın ən çox istifadə edilən sosial şəbəkələrindən sayılan "Twitter"dən 5 milyon dollarlıq hissə alan türkiyəli müğənni Əmrah bu dəfə "Facebook"a şərik olub. SİA-nın verdiyi xəbərə görə, keçən il aldığı paydan ziyana düşən ifaçı 1 milyarddan çox istifadəçisi olan "Facebook"la şəriklik etməyə başlayıb. Qazandığı pulu daha çox daşınmaz əmlaka xərcləyən Əmrah bu dəfə 2 milyon dollarından keçməli olub.
Qeyd edək ki, müğənni ötən il "Twitter"dəki hissələri iflasa uğradıqdan sonra həmin sosial şəbəkədəki paylarının yarıdan çoxunu satmaq məcburiyyətində qalmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB