“Eurovision-2015” mahnı müsabiqəsindən yeni xəbər

“Eurovision-2015” mahnı müsabiqəsindən yeni xəbər

Noyabrın 22-də Maltada "Eurovision-2015" mahnı müsabiqəsi üzrə milli seçimin final mərhələsi olacaq. SİA-nın verdiyi xəbərə görə, Maltanın PBS yayım şirkəti 134 mahnıdan 48-ni milli seçim yarışmasına daxil edib. Onlardan 20-si oktyabrın 3-də seçilərək noyabrın 21-də keçiriləcək yarımfinala vəsiqə hüququ qazanacaq. Yarımfinalda isə təqdim olunan mahnılardan 14-ü seçilərək noyabrın 22-də keçiriləcək final mərhələsində ifa ediləcək. Avstriyanın Vyana şəhərində keçiriləcək "Eurovision-2015" mahnı müsabiqəsinin I və II yarımfinalı müvafiq olaraq mayın 19 və 21-də, final mərhələsi isə 23-də olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə