Kutsinin sevgilisi danışdı

Türkiyəli müğənni Kutsi 5 aylıq hamilə həyat yoldaşı Sinəm Bayraktutarı tərk edib. SİA-nın verdiyi xəbərə görə, o, yenidən "Huzur sokağı" serialında tanış olduğu sevgilisi Feyza Çıpanın yanına qayıdıb. Daha əvvəl də xanımına aktrisa ilə xəyanət edən Kutsi daha sonra peşman olduğunu söyləmiş və ailəsinin yanına dönmüşdü. Lakin S.Bayraktutar ötən gün evə gedərkən qarşılaşdığı mənzərədən şoka düşüb. Belə ki, o, ərinin bütün əşyalarını yığaraq sevgilisinin yanına qayıtdığını görüb.

Bu xəyanətdən dərin sarsıntı keçirən Sinəm jurnalistlərə açıqlamasında "Kutsi doğulacaq körpəsini və qızımızı tərk edib sevgilisinə döndü. Məni çətin vəziyyətdə qoydu, üstəlik borc içində idik. Daha dayana bilmirəm. Uşaqlarıma özüm baxacam. Kutsini də, Feyzanı da Allaha tapşırıram. Qoy gedib xoşbəxt olsunlar"-deyib.

Feyza Çıpa Sinem Bayraktutarın iddiasına reaksiya göstərib. Kutsiyle heç bir əlaqəsi olmadığını söyləyən gənc aktrisa, bu haqda açıqlama verib: "Həqiqətən bu şayələr artıq bezdirib məni. Bu çirkinliyin içində olmaq istəmirəm. Bu haqda xəbərlər ilk dəfə yayılanda ailəmdə problem yaranmasın deyə susdum. Bütün bu baş verənlər məni və ailəmi çox narahat edir. Mən Kutsiylə sevgili deyiləm.

Kutsinin açıqlamasına görə, "Evliliymizdə yaşanan problemlərin xəyanətlə heç bir əlaqəsi yoxdur. Sadəcə aramızda anlaşılmazlıq yaşadığımız üçün ayrıldıq.

Bütün xəbərlər Facebook səhifəmizdə