Türkiyəli sənətçi Hadisə, bir çox həmkarından fərqli olaraq Qurban bayramında səhnədə olmaq əvəzinə xaricdə tətil etməyi seçib. SİA-nın verdiyi xəbərə görə, müğənni oktyabr ayının 15-nə qədər istirahət etməyi planlaşdırır. Hadisə dincəlmək istədiyi üçün Antalya və Kiprdən gələn iki konsert təklifini qəbul etməyib. Alacağı 300 min lirəni rədd edən sənətçi, hətta Kiprdə otellə bağladığı müqaviləni ləğv etdirib. Otel Hadisənin yerinə 70 min lirəyə Hande Yener ilə razılaşıb.
Qeyd edək ki, Qurban bayramında müğənnilər Sezen Aksu 250 min lirəyə, Ebru Gündeş 130 min lirəyə, Aşkın Nur Yengi 110 min lirəyə səhnəyə çıxacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB