Hazırda Hindistanda olan rəqqasə Oksana Rəsulova tezliklə vətənə qayıdaraq media mənsubları ilə görüşəcək. SİA-nın verdiyi xəbərə görə, o, bu haqda sosial şəbəkədə yazıb: "Dostlar, sizinlə görüşüm oktyabrın 8-də saat 15:00-da baş tutacaq. Park Bulvarın "Cinema" zalında olacaq tədbirdə "Eşq" adlı klipimi də təqdim edəcəm. Düşünürəm ki, çox gözəl söhbətlərimiz olacaq. Hindistanla bağlı bütün suallarınıza cavab verəcəm. Mənim tələbələrim də orda olacaq. Yeni klipimi dünyasını dəyişən tələbəm Gülarə Həsənliyə həsr edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB