Türkiyənin tanınmış aktyoru Cem Yılmazın daha bir bacarığı üzə çıxıb. SİA-nın verdiyi məlumata görə, aktyor artıq rejissor kimi də fəaliyyət göstərməyə başlayıb. Cem Yılmaz rejissorluq etdiyi filmə bir çox məşhurları dəvət edib. Belə ki, onlardan təqdimata Yılmaz Ərdoğan, Demet Akbağ, Acun İlıcalı, Arzum Onan - Mehmet Aslantuğ, Cefi - Yasemin Kamhi və Meltem Cumbul gəlib. Qonaqlar arasında ən çox diqqət çəkən Cem Yılmazın 1 il öncə boşandığı keçmiş həyat yoldaşı Ahu Yağtu da olub. Jurnalistlərin fotokameralarına tuş gələn Ahu Yağtu, mediya nümayəndələrinin suallarını cavablandırıb: "Biz düşmən deyilik. Bu gün ki, film təqdimatına Cemin özü məni dəvət edib. Ümid edirəm ki, filmi hamınız bəyənəcəksiniz".
Jurnalistlərin "Cem Yılmazla oğlunuz Kamal üçün yenidən bir araya gələ bilərsinizmi?"sualını isə Ahu cavabsız qoyub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB