Türkiyənin sevilən müğənnisi Cengiz Kurtoğludan xəbər var. SİA-nın verdiyi məlumata görə, sənətçi kanalların birində şəxsi həyatı barədə hər kəsi şoka salacaq etiraflar edib: "Sənətə subay gəlsəydim hər həftə biri ilə evlənərdim. İllər öncə biri ilə evləndim, 3 övladım oldu. Kiçik oğlum demək olar ki, İbrahim Tatlısesin oğlu İdo ilə birlikdə böyüdü. Bu günə kimi oğlumun heç bir işinə qarışmamışam. Bütün uğurlarını tək başına əldə edib. Baxmayaraq ki, mənim başıma bu sənətdə xoşagəlməyən çox hadisələr baş verib. Çətin ömür yolu keçmişəm. Allah mənim yaşadığım həyatı oğluma yaşatmasın. Onu da deyim ki, 20 ildir səhnədəyəm. Səhnədən kənar düşdüyüm anlar olsa da içkidən istifadə etmədim".
Məhşur müğənni sənətçi dostlarından da söz açıb: "Deniz Seki əslində çox gözəl insandı, amma dost qurbanı oldu. Murat Bozu da çox sevirəm. Çünki, kiçik oğluma bənzəyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB