Türkiyəli müğənni Kutsi 5 aylıq hamilə həyat yoldaşı Sinəm Bayraktutarı tərk edib. SİA-nın verdiyi xəbərə görə, o, yenidən "Huzur sokağı" serialında tanış olduğu sevgilisi Feyza Çıpanın yanına qayıdıb. Daha əvvəl də xanımına aktrisa ilə xəyanət edən Kutsi daha sonra peşman olduğunu söyləmiş və ailəsinin yanına dönmüşdü. Lakin S.Bayraktutar ötən gün evə gedərkən qarşılaşdığı mənzərədən şoka düşüb. Belə ki, o, ərinin bütün əşyalarını yığaraq sevgilisinin yanına qayıtdığını görüb.
Bu xəyanətdən dərin sarsıntı keçirən Sinəm jurnalistlərə açıqlamasında "Kutsi doğulacaq körpəsini və qızımızı tərk edib sevgilisinə döndü. Məni çətin vəziyyətdə qoydu, üstəlik borc içində idik. Daha dayana bilmirəm. Uşaqlarıma özüm baxacam. Kutsini də, Feyzanı da Allaha tapşırıram. Qoy gedib xoşbəxt olsunlar"-deyib.
Qeyd edək ki, müğənninin Ceylin adlı bir qızı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB