Muğam ifaçısı Bəyimxanım Vəliyevanın repertuarında yenilik var. Bu haqda SİA-ya xanəndənin özü məlumat verib: ""Arazbarı" adlı əsər üzərində işləyirəm. Musiqisi Tahir Əkbərin, sözləri Sona Vəliyevanın olan əsəri muğam ustası Ehtiram Hüseynovla birgə ifa etmişəm. Əsərdə bölünən torpaqlardan və xalqımızın yaşadığı faciələrdən söhbət gedir. "Arazbarı"nın əvvəlində dahi bəstəkar Üzeyir Hacıbəylinin eyni adlı əsərindən bir parça səslənib. Burada muğam olduğu kimi bədii qiraət də yer alıb. Bunu isə xalq artisti İlham Əsgərovla şairə Sona Vəliyeva səsləndirib. Əsər yaxın vaxtlarda dinləyicilərin ixtiyarına buraxılacaq. Bu sıradan bir mahnı deyil, böyük bir əsər olacaq. Həmin əsərin artıq yekunlaşma işləri gedir. Əsər o taylı-bu taylı həsrət çəkən azərbaycanlılardan, soydaşlarımızdan bəhs edir. Yaxın zamanlarda gözəl bir təqdimat etməyi düşünürük. Yəqin ki, noyabrın ortalarına kimi bu əsəri klip şəklində sizlərə təqdim edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB