Aktyor keçmiş sevgilisini unuda bilmədi

Aktyor keçmiş sevgilisini unuda bilmədi

Türkiyəli tanınmış aktyor Burak Özçivit şəxsi həyatındakı hadisələrə görə, bir çoxlarının marağına səbəb olub. SİA-nın verdiyi məlumata görə, Burak Özçivit, Ceylan Çapayla münasibətdə olduğu dövrdə "Çalıkuşu" serialındakı tərəf müqabili Fahriye Evcenle kadrarxası çəkdirdiyi fotoşəkillərini sosial şəbəkədə paylaşırdı. Bu vəziyyət, köhnə sevgilisi Ceylanın xoşuna gəlmirdi. İndi isə əksinə olaraq Ceylandan ayrılıb, Evcenle eşq yaşamağa başlayan Burak Özçivit, bütün xəbərdarlıqlara məhəl qoymur. Aktyor Ceylan Çapanın fotoşəkillərini "İnstagram" hesabından hələ də silməyib. Bu da hər kəsin maraq dairəsinə səbəb olub. Hətta deyilənlərə görə Burak keçmiş sevgilisini unutmayıb. Onu çox sevir.

Bütün xəbərlər Facebook səhifəmizdə