Sənətçi biznesə qoşuldu

Meyxanaçı Namiq Qaraçuxurlu bəzi həmkarları kimi biznesə qoşulub. Bu haqda SİA-ya danışan Namiq ayaqqabı mağazası açdığını deyib: "Mən bəzi sənət dostlarım kimi heç nəyi gizlətməyəcəm. Sənətimlə yanaşı biznes işləri ilə məşğulam. Ayaqqabı mağazası açmışam. Son dəbə uyğun kişi ayaqqabları satacam. Bu o demək deyil ki, meyxana işinə fasilə verəcəm. Hər iki sənəti birlikdə idarə edəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə