Xumar Qədimova yeni mahnısını təqdim etdi

Xumar Qədimova yeni mahnısını təqdim etdi

Müğənni Xumar Qədimova media mənsublarını başına cəm edərək "Bir də gəlməyəcək mənimtək qadın" adlı yeni bəstəsini təqdim edib. SİA-nın verdiyi xəbərə görə, sözügedən tədbirdə millət vəkilləri Jalə Əliyeva, Aqil Abbas, "525"-ci qəzetin redaktoru Rəşad Məcid, jurnalistlər və başqaları iştirak edib.

Tədbiri giriş sözü ilə "525"-ci qəzetin redaktoru Rəşad Məcid "Eşqə qəzəl" şeiri ilə açaraq hər kəsi salamlayıb. O, səbəbkar Xumar Qədimova haqqında xoş sözlər deyib: "Bir müddət öncə Xumar xanımı daha yaxşı tanımırdım. Ancaq mahnılarını dinləyirdim. Lakin onunla münasibət quraraq xoş niyyətli xanım olduğunu anladım. Hazırda sözügedən sənətçi ilə dostluq etməyimə çox şadam".

Sonra Xumar Qədimova yeni bəstəsi barədə tədbir iştirakçılarına məlumat verib: "Rəşad Məcidlə bir araya gəldiyim üçün çox şadam. Ümid edirəm ki, "Bir də gəlməyəcək mənimtək qadın" mahnım sevənlərim tərəfindən bəyəniləcək".

Daha sonra millət vəkilləri Jalə Əliyeva, Aqil Abbas Xumar Qədimova və Rəşid Məcid haqqında xoş fikirlər səsləndirərək onlara uğurlar arzu ediblər.

Qeyd edək ki, tədbirin sonunda səbəbkarın yeni bəstəsi səsləndirilib.

Fotolar Elnur Mustafayevə məxsusdur:

Bütün xəbərlər Facebook səhifəmizdə