Rəqsanədən qadınlara dəstək

Müğənni Rəqsanə İsmayılova növbəti dəfə konsert verməyə hazırlaşır. SİA-nın verdiyi xəbərə görə, sənətçi dekabr ayında Heydər Əliyev Sarayında konsert keçirəcək. Konsertə giriş pulsuz olacaq.

O, daha sonra 8 Mart Beynəlxalq Qadınlar günündə Türkiyəyə yollanaraq sevənlərinin qarşısına çıxacaq. Sözügedən konsert zorakılığa məruz qalan türk və azəri xanımlara həsr olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə