Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək "Eurovision-2015" mahnı müsabiqəsində Makedoniyanı təmsil etmək uğrunda 20 ifaçı mübarizə aparacaq. SİA-nın verdiyi xəbərə görə, ölkə üzrə milli seçimin final mərhələsi noyabrın 12-də keçiriləcək. Makedoniyanın MRT yayım şirkətinə ümumilikdə 200 mahnı daxil olub, onlardan 20-si milli final üçün seçilib.
Qeyd edək ki, "Eurovision-2015" mahnı müsabiqəsinin I və II yarımfinalı müvafiq olaraq mayın 19 və 21-də, final mərhələsi isə 23-də olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB