Bu gün "Cristal Hall"-da Fanta festivalı ilə bağlı mətbuat konfransı keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə müğənnilər Kənan Doğulu, Miri Yusif, Natəvan Həbibi, media mənsubları və başqaları iştirak edib.
Qardaş ölkənin sənətçisi Kənan Doğulu Azərbaycana gəldyi üçün ço sevindiyini dilə gətirib: "Bakı mənim üçün çox əzizdir. Bura gəlib, sevənlərimlə görüşdüyüm üçün xoşbəxtəm. Bu gün ki, gecədə sizə xoş anlar yaşadacam".
Daha sonra mətbuat konfransında iştirak edən Miri Yusif və Natəvan Həbibi bu gün ki, Fanta festivalında tamaşaçılara xoş anlar yaşadacaqlarına söz veriblər.
Mətbuat konfransından sonra aparıcı İlkin Həsənin təqdimatında sənətçilər növbə ilə səhnəyə çıxaraq sevilən bəstələrini səsləndiriblər.
Qeyd edək ki, gecə maraqlı anlarla yadda qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB