Deyilənlərə görə, Türkiyə musiqisinin "İmperator"u İbrahim Tatlısesin oğlu İdo Tatlıseslə aktrisa Ebru Şancı sevgi münasibətləri yaşayır. SİA-nın verdiyi məlumata görə, aktrisa məsələ ilə əlaqədar olaraq verilişlərin birində açıqlama verib: "İdo Tatlıseslə yalnız dostuq. Həyatımda başqa biri var".
Ebru Şancı İdonun yeni klipində çəkiləcəyindən də söz açıb: "İdonun "Paris" adlı mahnısına sözügedən ölkədə ekran işi verdirməyi düşünürük. Klipdə mən də rol alacam".
Aparcının "İbrahim Tatlıses sizin haqqınızda söyləmişdi ki, siz onların ailələrinə uyğun deyilsiz. Sənətçinin bu sözləri ilə razılaşırsınız?"-sualına aktrisa belə cavab verib: "Mənim geydiyim paltarı Türkiyədəki hansı ataya göstərsəniz İbrahim bəyin verdiyi reaksiyanı göstərəcək. O cavabı verən yox, sualı soruşan adamın niyyəti pisdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB