Məşhur aktrisa Sinem Kobal və aktyor İbrahim Çelikkolun gizli eşq yaşadıqları ortaya çıxıb. SİA-nın verdiyi xəbərə görə, yenicə efirdə yayımlanan "Reaksiyon" serialının baş rolunu oynayan İbrahim Çelikkol kanalların birində Kobalı çox sevdiyini və hər an onu nikah masasına əyləşdirməyə hazır olduğunu etiraf edib.
Ancaq "Gönül işləri" serialında "Sevdanı" canlandıran Sinem Kobal isə sevgilisinin bu sözlərinə ürəkaçan fikirlər səsləndirməyib: "Çelikkolla toy mərasimimi gələn ilə planlaşdırmışam. İstəmirəm ki, el şənliyimi tələsik edim. Xoş günümün qüsursuz olmağını arzu edirəm. Toyumu fərqli edərək hər kəsi təəccübləndirmək fikrindəyəm".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB