Müğənni Mirkamil Kamilov mərhum ifaçı Elçin Cəlilovun repertuarına müraciət edərək onun xatirəsini anıb. Sənətçi bu haqda SİA-ya açıqlama verib: "Allah dünyasını dəyişən bütün sənətkarlarımıza rəhmət eləsin. Unudulmaz, ölməz, əfsanəvi sənətkarımız Elçin Cəlilovun ifa etdiyi və möhürünü vurduğu "Naz et" bəstəsini yenidən oxudum. Düşünürəm ki, tamaşaçılarımız bəyənəcək".
Qeyd edək ki, "Naz et" adlı bəstənin sözləri Davud Aslana, musiqisi Xanım İsmayılqızına aiddir.
Mirkamilin ifasını təqdim edirik.






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB