Bu gün əməkdar artist, opera ifaçısı Fidan Hacıyeva 3 yeni albomunu media mənsublarına təqdim edib. SİA-nın verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan əməkdar artist diskləri haqqında ətraflı məlumat verib.
"3 albom ərsəyə gətirmişəm. Bunlar "Sevgili canan", "Sevgilim, "Londonda olan konsert" adlanır. "Londonda olan konsert" adlı diskimdə sözügedən ölkədə verdiyim konsertdəki bəstələr yer alıb. Onu da deyim ki, Londakı konsertimdə bir çox məşhurların eyni zamanda Üzeyir Hacıbəyovun əsərlərini səsləndirmişəm. Üzeyir Hacıbəyovun əsəri olan "Sevgili canan" adlı albomumda Çingiz Mustafayevlə birgə bəstə oxumuşuq. "Sevgilim" diskimdə 60 əsər təşkil edir. Yaradıcılığımın ən gözəl məhsulları bu albomda yer alıb"- deyə, F. Hacıyeva qeyd edib.
Tədbirin davamında əməkdar artist jurnalistlərin suallarını cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB