Hindistanın məşhur "İndias Best Cine Star Ki Khoj" yarışmasında iştirak edən rəqqasə Oksana Rəsulova qalib olub. SİA-nın məlumatına görə, sənətçi bu haqda sosial şəbəkədə yazıb: "Azərbaycanım mənim! Allahın istəyi ilə, sizin dualarınızla, dəstəyinizlə Hindistanda yarışmanın birincisi oldum. Oksana Rəsulova və Sayyed Mamun "İndias Best Cine Star Ki Khoj"in qalibləridir. Sağ olun, var olun! Hamınızı sevirəm. Hələ də inana bilmirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə