İsveç milli seçimində dəyişiklik edilib

İsveç milli seçimində dəyişiklik edilib

"Eurovision-2015" mahnı müsabiqəsi üzrə İsveçin məşhur "Melodifestivalen" milli seçim yarışmasında dəyişiklik edilib. SİA-nın verdiyi xəbərə görə, dəyişiklik müsabiqə iştirakçılarının sayının 28-dək ixtisar edilməsindən, finalda iki mahnın təqdim olunmasından, telefonla səsverməyə limit verilməsindən ibarətdir. Adətən ölkələrdə "Eurovision" mahnı müsabiqəsinə 1000-dən çox mahnı təqdim olunmur. İsveç milli seçimində isə hazırda 2177 mahnıya baxılır.

Bütün xəbərlər Facebook səhifəmizdə