Hərbidən yayınan müğənnilər kimlərdir? FOTOLAR

Şou-biznesin bəzi tanınmış simaları əsgərlik formasını yalnız kliplərində geyinib, Qarabağı mahnılarda yada salıblar. SİA-ya həmin müğənniləri sizə təqdim edir:

"Xalq ulduzu" yarışmasının qalibi Eldəniz Məmmədov Füzuli rayonundandır. 1993-cü ildən işğal altında olan rayonun sakini hərbi xidmətdə olmayıb.

Müğənni Elton Hüseynəliyev: Qubadlı rayonunda anadan olub. Lakin o da əsgər forması geyinməyənlər sırasındadır.

Müğənni Ayaz Qasımov işğal olunan Ağdam rayonunda anadan olub. Hələ də əsgərliyin nə olduğunu bilmir.



Hərbidən yayınan müğənnilərdən biri də Füzuli rayonundan anadan olan Zamiq Hüseynovdur.



Müğənni İzzət Bağırov da hərbi formanı yalnız kliplərində geyinənlər sırasındadır.



Qeyd edək ki, xalq artisti Faiq Ağayev, əməkdar artist Abbas Bağırov, müğənni Elnur Məmmədov, "Şeron" qrupunun bütün üzvləri əsgər adı almaq şərəfindən məhrum olanlardır.





Bütün xəbərlər Facebook səhifəmizdə