Aktrisa sevgilisinə görə ərindən boşandı

Aktrisa sevgilisinə görə ərindən boşandı

Türkiyənin tanınmış aktrisası Sinem Öztürk həyat yoldaşı Gürsel Şatir ilə bir müddətdir ayrı yaşayır. SİA-nın verdiyi xəbərə görə, ayrı yaşayan cütlük artıq boşanıb. Məsələ ilə əlaqədar olaraq Öztürk media mənsublarına açıqlama verib: "Dəyərli jurnalistlər Gürsel Şatir ilə qarşılıqlı aldığımız qərar nəticəsində evliliyimizə son qoyduq. Düşünürəm ki, ayrılmağımız düzgün qərar idi. Bundan sonra həyatımız daha da yaxşı olar".

Qeyd edek ki, aktrisanın həyat yoldaşından ayrılmasına səbəb aktyor Ali Sunal ilə birlikdə olduğu iddea olunur. Lakin Sinem Öztürk və Ali Sunal bu xəbəri təkzib edir.

Bütün xəbərlər Facebook səhifəmizdə