Fərda Xudaverdiyev yenə tamaşaçıları ilə görüşəcək

Fərda Xudaverdiyev yenə tamaşaçıları ilə görüşəcək

Aktyor Fərda Xudaverdiyev növbəti dəfə konsert keçirməyi düşünür. O, bu haqda SİA-ya açıqlama verərək ətraflı məlumat verib: "Bildiyiniz kimi "Yaşıl teatr"da konsert verdim. Çox da maraqlı keçdi. Yenə də dekabr ayında konsert verməyi düşünürəm. Ümid edirəm ki, bu konsertimdə anşılaq olacaq. Onu da deyim ki, bir çox konsertlər keçirmişəm və bəzi konsertlərim pulsuz olub. İstəmişəm ki, maddi imkanı zəif olan insanlar konsertimə gələ bilsinlər. Eyni zamanda xeyriyə məqsədi daşıyan konsertlərimdə olub. Əqli və fiziki cəhətdən qüsurlu olan uşaqlara yardım etmişəm".

Bütün xəbərlər Facebook səhifəmizdə