“İsti payızın sərin nəğmələri” FOTOLAR

“İsti payızın sərin nəğmələri” FOTOLAR

Hər il yeni konsert mövsümünə böyük məsuliyyətlə hazırlaşan Heydər Əliyev Sarayı yenə də zəngin proqramla qapılarını tamaşaçıların üzünə açıb. SİA-nın verdiyi xəbərə görə, bu mövsümdə də paytaxtımızın sakinləri və şəhərimizin qonaqları sarayın səhnəsində maraqlı, rəngarəng, möhtəşəm konsert və tədbirlərə tamaşa ediblər. Heydər Əliyev Sarayı yeni mövsümə "İsti payızın sərin nəğmələri" adlı geniş konsert proqramı ilə start verib. Heydər Əliyev Sarayının təşəbbüsü ilə keçiriləcək konsertdə tanınmış sənətçiləri iştirak edib. Belə ki, onlardan Səbinə Babayeva, Sevda Yəhyayeva, Nurlan Növrəsli, Günay İbrahimli, Murad Sadıx, Amil Həsənoğlu, Kənan Qədimov, Pərviz Abdullayev, Nicat Məhərrəmov, Nicat Cəfərzadə, Elçin Cəfərov, əməkdar artist Səlim Abbasov, "COMEDY.AZ" kollektivi və "Cəngi" rəqs ansamblı iştirak edib.

Qeyd edək ki, Heydər Əliyev Saray rəhbərliyinin dəvəti ilə bir sıra uşaq təşkilatlarının kollektivləri də təmənnasız olaraq musiqili-əyləncəli konsertə qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə