Türkiyənin tanınmış sənətçisi Göhkan Güney oğlu Səlim Güneyi itirdiyi üçün ağır günlər keçirir. SİA-nın verdiyi xəbərə görə, hətta oğlu haqqında verilişlərin birində danışan müğənni göz yaşlarını saxlaya bilməyib: "Oğlum Səlim Güneyin xeyli vaxt ömür sürməsi üçün əlimdən gələni etdim. Əfsuslar olsun ki, həyatı bura qədər imiş. Ən ağrıdıcı məqam isə ondan ibarətdir ki, mərhum oğlum ailəsi ilə görüşə bilmirdi. Çünki, onun ilk hollandiyalı həyat yoldaşı uşaqları ona göstərmirdi. Onlar oğlumun yas mərasiminə belə gəlmədilər. Ağır günlərimdə sənət dostlarımın bir çoxu məni tək qoymadı. Ancaq bir kəsdən başqa. Həmin insanın zəngini belə gözlədim".
"Bu kəs İbrahim Tatlısəsdimi"-sualına G. Güney: "Bəli. Çox təəssüf ki, mən onun çətin anında yanındaydım. Amma o, mənim ən ağır günümdə məni axtarıb, başsağlığı belə vermədi", -deyə cavab verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB