“Zibil daşıyaram amma Natəvandan üzr istəmərəm”

“Zibil daşıyaram amma Natəvandan üzr istəmərəm”

Müğənni Natavan Həbibinin prodüser Tarix Əliyevə qarşı, onun şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə əlaqədar qaldırdığı məhkəmə prosesinin növbəti iclası baş tutub. SİA-nın verdiyi xəbərə görə, bu haqda sosial şəbəkədə prodüser Tolik məlumat yayıb: "Məhkəməm oldu. Düzdür, heç bir prosesdə iştirak etməmişəm. Amma vəkilim dedi ki, hakim qərar verib ki, mən "İnstagram" səhifəmdə Natəvandan üzr istəməliyəm və 10 gün bunu silməməliyəm. Möhtərəm hakim xanım, mən səhifəmdə heç kimi pulsuz reklam etmirəm, sizin qərarınızla razılaşmıram və işi Apellyasiya Məhkəməsinə verəcəm. Bununla nəyəsə nail olduqlarına sevinməsinlər. 25 min manatlıq tələbini geri götürdü ki, mən ondan üzr istəyim. Amma zibil daşıyaram, küçə süpürərəm, amma üzr istəmərəm. Çünki Laçının işğal günü konsert verən müğənniyə bundan artıq söz deməyə məncə haqqım çatır".

Bütün xəbərlər Facebook səhifəmizdə