Müğənni İradə İbrahimova türkiyəli yumor ustası Cem Yılmaz, müğənni Özkan Uğur və aktyor Ozan Güvənlə bir araya gəlib. SİA-nın verdiyi xəbərə görə, sənətçi onlar haqqında təəssüratlarını sosial şəbəkədə paylaşıb: "Üç tanınmış sima məni görən kimi "Neyləyim alınmadı" mahnımı oxumağa başladılar. Məndən İstanbulda olacaq konsertimlə bağlı məlumat aldılar. İllər əvvəl oxuduğum bəstənin bu gün Türkiyənin məşhur simalarının dilindən eşitmək məni və yaradıcı heyətimizi sevindirdi. Mahnıya görə Vaqif Gərayzadəyə təşəkkür edirəm. Nə yaxşı ki, bu gözəl mahnını yazmısınız, mən də ifa etmişəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB