Oksanadan sərt cavab

Hazırda Hindistanın məşhur "İndias Best Cine Star Ki Khoj" yarışmasında iştirak edən rəqqasə Oksana Rəsulovaya qarşı digər iştirakçılar narazılıqlarını bildiriblər. SİA-nın məlumatına görə, onlar sənətçinin istedadının olmadığını və hər həftə gözəlliyi səbəbindən toxunulmazlıq qazandığını deyiblər. Bu haqda sosial şəbəkədə rəqqasə özü yazıb: " Mənim haqqqımda yarışda olan iştirakçılar söyləyirlər ki, biz Oksananın indiyə kimi super performansını görməmişik. Hind dili də çox zəifdir. Tamaşaçılar tərəfindən bu şouda toxunulmaz edilir, buna da gözəlliyi ilə nail olur. Mən isə onlara cavabımda bildirmək istəyirəm ki, kim mənim barəmdə nə deyirsə, qoy danışmağa davam etsin. Onların söylədikləri heç bir məna daşımır. Mənim üçün münsiflərin dedikləri əhəmiyyətlidir. Dostlar, məni səslərinizlə sonuncu həftədə qalib edin. Qoy həmin paxıl iştirakçılar bilsinlər ki, Azərbaycanım mənimlədir".

Bütün xəbərlər Facebook səhifəmizdə