Müğənninin yoldaşı: "Ümid edirəm ki, gələn il övladımız olacaq" FOTOLAR
Məşhur müğənni Sərdar Ortaçın həyat yoldaşı, irlandiyalı model Chloe Loughnan verilişlərin birində xəyanət və sevgi barəsində danışıb. SİA-nın verdiyi xəbərə görə, aparıcının Chloeyə "Sərdar bir gecə evə gəlməsə necə reaksiya göstərərsiniz?" sualına belə cavab verib. "Heç vaxt bağışlamaram. Çünki bir dəfə bağışlasam, növbəti dəfə də edər. Mən də əşyalarımı toplayıb ölkəmə qayıdaram. Bir daha da geri gəlmərəm. Onu da deyim ki, Türkiyədə Sərdarsız həyat düşünə bilmirəm".
Chloe Loughnan sənətçinin səhhəti haqında da söz açıb: "Bildiyiniz kimi həyat yoldaşım xəstədir. Əgər bir gün vəziyyəti daha da ağırlaşarsa, hər zaman yanındayam. Çünki onunla nikah masasına əyləşəndə xeyir və şərdə bir yerdə olacağımıza and içmişəm. Həyatımın sonuna qədər Sərdarın həyat yoldaşı olmaq istəyirəm. Sevgimiz onu sağaldacaq. Ümid edirəm ki, gələn il övladımız da olacaq".








Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB