Millət vəkili, bəstəkar Novruz Aslan yaradıcılığının yeni məhsulunu təqdim edib. SİA-nın verdiyi xəbərə görə, o, millət vəkili Eldar Allahyaroğlunun sözlərinə "Qızılgülüm" adlı mahnı bəstələyib. Azərbaycanda hələ ki, qızılgülə mahnı olmadığını düşünən bəstəkar mahnını müğənni Sevinc Musayevaya təqdim edib. Ritmik şən mahnı sevgi və xoşbəxtlik rəmzi olan qızılgülü sevənlər üçün maraqlı olacaq. Artıq mahnının klipi də ekranlaşdırılıb. Rejissor Nail Naiboğlu klipdə mahnının sözlərinə və ritminə uyğun olaraq əlvan dekor və səhnələrdən istifadə edib. Sevinc Musayeva isə xüsusi klip üçün hazırlanan və qızılgüllərlə bəzədilən libas geyinərək kameralar önünə keçib.
Sənətçinin geyimlərinin müəllifi modelyer Şəlalə Maqsudova, stilisti isə Nura Babayevadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB