Hazırda Hindistanın məşhur "İndias Best Cine Star Ki Khoj" yarışmasında iştirak edən rəqqasə Oksana Rəsulova finala keçib. SİA-nın verdiyi xəbərə görə, bu haqda sosial şəbəkədə yazan sənətçi hər kəsdən səs istəyib:"Bu həftə toxunulmaz olmasam da, qızlar arasında ən çox səsi mən topladım. Finalda məni qalib etmək üçün səs göndərin. Sizə öncədən təşəkkür edirəm. Bu həftənin şənbə günü müsabiqənin qalibi seçiləcək. Qalib səsvermə nəticəsində məlum olacaq. Allahın köməkliyi ilə bu şouda birinci olub, Azərbaycana qalib kimi qayıdaram. Vətənə qayıdan kimi izləyicilərimlə görüş keçirəcəm. Sonuncu dəfə mənə dəstək olun".
Qeyd edək ki, şou Hindistanın ən məşhur kanalı olan "ZEE TV"də hər həftənin şənbə və bazar günləri yayımlanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB