İzzət Bağırov toy qiymətlərindən danışdı

İzzət Bağırov toy qiymətlərindən danışdı

18 ildir səhnədə olduğunu deyən müğənni İzzət Bağırov gənc müğənnilərin el şənliklərinə baha qiymətə getməsindən danışıb. Bu haqda SİA-ya sənətçi maraqlı açıqlama verib: "Bildiyiniz kimi, şou-biznesə yeni-yeni simalar gəlib. Sənətə yeni gəlmələrinə baxamayaraq toy qiymətləri tükürpədicidir. Baxamayaraq ki, 18 ildir incəsənət aləmindəyəm, hələ də toy qiymətimdə heç bir dəyişiklik etməmişəm. İstəyirəm ki, məni sevənlərlərin maddi durumları yetərli olsun və öz toylarına məni dəvət edə bilsinlər".

Bütün xəbərlər Facebook səhifəmizdə