Müğənni qarderobunu dəyişdi FOTOLAR

Müğənni qarderobunu dəyişdi FOTOLAR

Müğənni Elnur Məmmədov geyimlərindən söz açıb. SİA-ya açıqlama verən sənətçi klassik paltarlara üstünlük verdiyini söyləyib: "Hər kəs şou-biznesdə bilirdi ki, mən rəngli kostyumları çox sevirəm. Artıq bu tipli pencəklərdən imtina etmişəm. Hazırda tünd rəngli kostyumlardan istifadə edirəm. Onu da deyim ki, səhnə adamları hər zaman yaxşı geyinməlidirlər. Çünki biz sənətçilərin kostyumlarına baxıb, geyinən tamaşaçılarımız var. Odur ki, hər hərəkətimizə diqqət edib, nümunəvi olmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə