Türkiyəli aktrisa Fahriye Evcen çəkiliş meydançasında problem yaradıb. SİA-nın verdiyi xəbərə görə, "Kurt Seyit və Şura" serialına çəkilən aktrisa çox gözlədiyini bəhanə edərək "İşim var, məni bu qədər gözlədə bilməzsiniz"-deyərək çəkiliş meydançasını tərk edib. Pis vəziyyətdə qalan serialın rejissoru Hilal Saral nə edəcəyini bilmədiyi üçün çəkilişi ləğv edib. Rejissor məsələni sözügedən serialın prodüseri Kerem Çataya danışıb. Problemi aradan qaldırmaq üçün prodüser Fahriye Evcene bazar ertəsi çəkilişə yenidən qayıtmaq məcburiyyətində olduğunu söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB