Məşhur müğənni səhnədən gedir

Türkiyənin tanınmış sənətçisi Sezen Aksu Bursanın açıq hava teatrında sevənlərinə coşqu dolu anlar yaşadıb. SİA-nın xəbərinə görə, ifaçı konsert zamanı tamaşaçılarını üzəcək xəbər də verib.

Sənətdən uzaqlaşacağını deyən Sezen Aksu bundan sonra zamanını yalnız özünə həsr edəcəyini açıqlayıb: "Heç kimin bilmədiyi uşaqlıq həyatıma geri dönəcəm. 40 ildir ki, sənətdəyəm. Bundan sonrakı günlər yalnız mənə aid olacaq".

Qeyd edək ki, konsertin sonunda ətəyi stula ilişərək ayağı büdrəyən S.Aksu "Gecə başlayandan nəsə bir uğursuzluq hiss etmişdim"- deyərək zarafat etməyi də unutmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə