Aktyor Fərda Xudaverdiyev yeni yumoristik kinoya çəkilib. Bu haqda SİA-ya danışan aktyor sözügedən filmin adını da açıqlayıb: "Oktyabr ayının əvvəllərində "Xoxan" adlı kinomuzu tamaşaçılara təqdim edəcəyik. Sözügedən filmdə mənimlə yanaşı Elməddin Cəfərov və başqaları da rol alıblar. Onu da deyim ki, kinonun yadda qalan olması üçün ona "Xoxan" adını verdik".
Aktyor yumoristik obrazlarla yanaşı ciddi rolları da çox sevdiyini dilə gətirib: "Səhnədə gülməli monoloqlar danışaraq tamaşaçıları güldürə bilərəm. Amma şəxsi həyatımda çox ciddiyəm. Ciddi obrazlar xarakterimə uyğun olduğu üçün onları böyük məmnuniyyətlə oynayaram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB