Aparıcının gizli qızının FOTOLARI

Övladını mediadan gizlədən teleaparıcı Zaur Baxşəliyev sosial şəbəkədə qızı Dilavər haqqında yazıb. SİA-nın xəbərinə görə, övladı haqqında xoş sözlərini bölüşən aparıcı evə gəldiyi zaman yorğunluğunu qızı ilə unutduğunu qeyd edib: "Min veriliş olsa da, evimə gəlib anamı və qızımı öpdüyüm zaman elə bil dünya mənə verilir. Hər şeyi sizinlə unuduram. Hər iki Dilavərə görə Allahıma min şükür edirəm. Mən yazıq nə edim ki, qızım özü kamera görəndə gizlənir. Belə mənasız fotolarla onu incitmək istəmirəm. Qızımın şəklini o, rahat olan zaman çəkirik".


Bütün xəbərlər Facebook səhifəmizdə

loading...