Türkiyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Bakıda "Türkiyə Caz" festivalı keçiriləcək. Bu haqda SİA-ya festivalın ümumi koordinatorluğunu üzərinə götürən, Azərbaycanda fəaliyyət göstərən qardaş ölkənin sənətçi Oya Ergün məlumat verib: "Festival oktyabr ayının 10-17-dək davam edəcək. Fərqli və gözəl məkanlarda keçiriləcək tədbirdə, dünyanın saysız festivallarında iştirak etmiş altı önəmli Türk qrupu Azərbaycanda konserti verəcəklər. 7 gün davam edəcək festivalın bir günündə "Türkiyədə Caz" adlı film nümayiş olunacaq".
Festivalla əlaqədar olaraq Türkiyənin Azərbaycandakı, səfiri Alper Coşkun da fikirlərini bildirib: "Türkiyə caz ustadlarını Bakıda sənətseverlərlə görüşdürmək istədik. Ümid edirik azərbaycanlı qardaşlarımızın xoşuna gələcək".
Qeyd edək ki, Türkyənin Azərbaycandakı səfirliyinin təşəbbüsüilə keçirilən, festival çərçivəsində bütün konsertlərə giriş pulsuzdur.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB