Teleaparıcı: "Naillə bir araya gəlmərəm”

Teleaparıcı: "Naillə bir araya gəlmərəm”

Teleaparıcı İlahə Nizamiqızından xəbər var. SİA-ya danışan aparıcı yeni layihələr üzərində çalışdığını deyib: "Bir neçə verilişlər hazırlamaq fikrindəyəm. Ancaq hələ ki, prodakşınlardan cavab gözləyirəm. Əgər onlardan müsbət cavab alsam, kanalların birində fəaliyyət göstərəcəm".

Teleaparıcı zamanında işbirliyi olduğu rejissor Nail Naiboğlundan da söz açıb: "Deyilənlərə görə, Naillə yeni veriliş açırıq. Bu xəbər yalandır. Sözügedən kəs mənə doğmadır. Ancaq yenidən onunla bir araya gəlmərəm".

Bütün xəbərlər Facebook səhifəmizdə