89-cu “Miss Globe İnternational” müsabiqəsinin gözəli bəlli oldu
89-cu "Miss Globe İnternational" müsabiqəsinin final gecəsi baş tutub. SİA-nın verdiyi məlumata görə, sözügedən gecəyə 52 ölkədən gözəllər qatılıb. Aparıcısı Hüsniyyə Məhərrəmovanın olduğu mərasimə münsiflər bəstəkar Gövhər Həsənzadə, modelyer Fəxriyyə Xələfova, "Z company"nin rəhbəri Zamiq Yunusov və başqaları yer alıb. Müsabiqənin qalibi Avstraliya təmsilçisi Esma Voloder seçilib. Braziliya ikinci, Türkiyə üçüncü, Azərbaycan dördüncü, Boliviya isə beşinci yerdə qərarlaşıb.
Qeyd edək ki, gecədə türkiyəli müğənnilər Demet Akalın, Gökhan Özen, Haluk Levent, rumıniyalı ifaçı İnna və azərbaycanlı sənətçi Vaqif Nağıyev sevilən mahnılarını səsləndiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB