Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun çoxlarını təəccübləndirəcək addım atıb. SİA-nın verdiyi xəbərə görə, sənətçinin qızı türkiyəli müğənni Ozan Koçerin adını qoluna yazdırıb. O, bu haqda sosial şəbəkədə yazaraq hətta sözügedən ifaçıyla telefonla əlaqə qurduğunu deyib: "Səninlə danışdığım an dünya mənim oldu. Çox şanslıyam. Özümü saxlaya bilməyib ağladım".
Daha sonra Aysun onun səhifəsində Ozanı tənqid edənlərə səslənib: "Mənim səhifəmdə sevdiyim müğənnini pisləməyin. Ozanı çox sevirəm. Məni çox istəyirsinizsə, artıq-əskik heç nə yazmayın".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB