Qardaş ölkənin sevilən sənətçisi Tarkanın konserti baş tutub. SİA-nın verdiyi xəbərə görə, onu izləməyə gələnlər arasında aparıcı-model Çağla Şikel də olub. Modelin konsertdən sonra Tarkan haqqında dediyi sözlər həyat yoldaşı, müğənni Emre Altuğun sərt reaksiyasına səbəb olub. Belə ki, E. Altuğdan icazə alıb Tarkanı dinləməyə getdiyini deyən model "Kim daha yaxşı oxuyur" sualına "Emre də yaxşıdır, amma Tarkan tamamilə başqadır" cavabını verib. Bu isə mətbuatda "Tarkanı həyat yoldaşından üstün tutdu" başlıqlı yazıların getməsinə səbəb olub.
Emre Altuğ bu xəbərlər haqqında "Twitter" hesabından sərt şəkildə fikirlərini bildirib: "Deməli, Türkiyədə xanımını sevdiyin həmkarının konsertinə göndərməməlisən ki, belə yazılar çıxmasın. Görəsən, o zaman nə haqda yazacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB