Əməkdar artist: “Heç kim mənimlə canlı oxuya bilməz”

Əməkdar artist: “Heç kim mənimlə canlı oxuya bilməz”

Əməkdar artist Firuzə İbadova şou-biznesdə olan bəzi gənc nəslin nümayəndələrini qınayıb. Bu haqda SİA-ya sənətçinin özü danışıb: "Bəzən el şənliklərində, konsertlərdə gənc ifaçıların hərəkətləri məni qıcıqlandırır. Çünki özlərindən yaşca böyük nəslin sənətkarlarına hörmət etmirlər. Hətta əksəriyyəti yaşlı müğənnilərə salam verməyə belə çətinlik çəkir. Onların bu hərəkətləri də mənim kimi sənətçilər tərəfindən yaxşı qarşılanmır. Fikrimcə gənc ifaçılar böyük-kiçik yerini bilsə yaxşı olar. Xüsusi ilə qeyd edim ki, yaşımın çox olmasına baxmayaraq səsim yerindədir və heç kim mənimlə canlı oxuya bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə